adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 May 2019 13:42
30269
İQTİSADİYYAT

Bazarda cib yandıran qiymətlər: süni artım, yoxsa...

Son aylarda ölkəmizdə sosial proqramların effektiv icra olunması əhalinin gəlirlərinigözəçarpacaq dərəcədə artırdı. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamlarınaəsasən minimum əmək haqqının 38.5 faiz, məcburi köçkünlərin aylıq müavinətlərinin50 faiz, pensiya və təqaüdlərinin məbləğinin isə yarıdan çox artımı,həmçininyeni Prezident təqaüdlərinin təsis olunması ölkə rəhbərinin həssas əhaliqruplarına göstərdiyi diqqəti təcəssüm etdirir. Belə ki, problemli kreditlərinhəlli istiqamətində qəbul edilmiş mexanizmlər, dollar krediti olan vətəndaşlaraaşağı məzənnələrlə kreditlərin hesablanması və artıq ödənilmiş pullar üzrəkompensasiyaların verilməsi Azərbaycan dövlətinin köməyə ehtiyacı olan vətəndaşlarınadəstəyini ifadə edir. 

...Sosial tədbirlər planı təsdiq olunduqdan sonra mağazalarda məhsulların qiymətisözün məcazi mənasında "at oynatdı”. Hələ artımlarını kartlarında hiss etməyəninsanlar bazarın qiymət alovuna düşdü. Zəruri qida məhsulu hesab olunan soğanınvə kartofun qiymətinin artması ilə başlayan yüksəliş, ən aşağı qiymətli "Orbit”saqqızınqiyməti50 qəpikdən 70 qəpiyə dəyişdikdə uşaqları aldatmaq üçün deyilən " Saqqız satanbaba ölüb!” cümləsi mənə də qəribə gəlmədi. 
Bahalaşmasüd məhsullarındada müşahidə edilir. Dovğa istehsal edən firmalardanbiri məhsulun 2 ay əvvələ kimi 0.85 manata, indi isə 1 manat 15 qəpiyə satır.

Şokalad məhsullarında daqiymətlər ürəkaçan deyil. Belə ki, 1 ay əvvəl 63 qəpiyə təklif olunan"Sinikers”-də hazırda 25-26%-lik artımvar.
Qeyri-ərzaq mallarında da qiymət artımı hədsiz dərəcəyə çatıb. Ümumilikdə,bazarda hər məhsulda 35-40%-lik artım var. Vətəndaşlar isə bundan çoxnarahatdır.
Ağdam rayonundan məcburi köçkün Əli Cahangirov Cənab Prezident İlham Əliyevinölkə vətəndaşlarına olan diqqətinə görə təşəkkür etdi: Ölkə başçısı bizlərə hər zamanqayğı göstərir. Dövlət maddi vəziyyəti yaxşı olmayan insanların dayaqyeridir. Lakin ölkədə məhsul edən şirkətlər öz mənfəətləri üçün süni qiymətartırırlar.Bazarı təhlil etsəniz görərsiniz ki, sosial müavinətlərin artımfaizi qədər bahalaşma var.

Kəlbəcər rayonundan məcburiköçkün Xaləddin Tağıyev bahalaşmanın çox olmasından gileylənir. O mal və xidmətlərdə bahalaşma yaradanişbazlara qarşı tədbirlər görülməsini istəyir: Aldığımız maaş təlabatımızı ödəmir.Prezidentimiz əmək haqlarını, pensiyaları və məcburi köçkünlərin sosialmüavinətlərini artırdı.Allah canın sağ eləsin, hər zaman bizə dəstək göstərir.Məhsul istehsal edən firmalar isə sui-istifadə edib bahalaşma yaradıblar. Ət,yağ, süd, qeyri ərzaq məhsullarında ciddi bahalaşma var. Hesab edirəm ki, zəruritələbat mallarında qiymətlərin artması əhalinin maddi rifahına mənfi təsiredir.


Qiymətlərə nəzarət olmalıdır... 

Nəzərə alsaq ki, xaricivalyutanın məzənnəsi sabit qalıb,xaricdən idxal olunan məhsullara rüsumlarartırılmayıb, ÜDM-də iri pay sahibi olan neft və qazın qiyməti ucuzlaşmayıb, həmçininbaşqa mühüm iqtisadiyyata təsir edənfaktorlar olmayıb, o zaman bahalaşmanınsüni olduğun demək olar.Son günlər kartofun və soğanın qiymətinin 2 dəfəartması alıcı kütlənin narazılığına səbəb oldu. Dövlət strukturlarının müdaxiləsinəticəsində qiymətlər tənzimləndi. Düzdür, Kənd təsərrüfatı məhsullarına ediləndavamlı təzyiq istehsalçıların məhsula olan marağını azaldar, nəticədə ölkə iqtisadiyyatındaqıtlıq yaranar. 
Hələ qədim dövrlərdə iqtisadi məktəblər "azad iqtisadiyyat” və "dövlət tənzimlənməsi”anlayışlarına müxtəlif fikirlər bildiriblər.Bazar iqtisadiyyatı prinsipləri ticarətinliberallaşdırılmasını, azad ticarətin formalaşmasını tələb edir. Başqa sözlə,bu cür münasibətlərinin formalaşdığı bir dövrdə malların və xidmətlərin böyük əksəriyyətininqiyməti (tənzimlənən tariflər və qiymətlər istisna olmaqla) rəqabət şəraitində,tələblə təklif əsasında formalaşır və mal satan, iş görən tərəfindən müəyyənedilir. Ancaq bu, bəzi "işbazların" mal və xidmətlərə istədiyi qiymətiqoyaraq bahalaşma yaradırlar. Monopolist bazarlarda dövlətin iqtisadiyyatamüdaxiləsi qaçılmazdır. Bütün iqtisadi sistemlərdə dövlət iqtisadiyyatamüdaxilə edir və bu müdaxilə, bir qayda olaraq, bazarın çatışmazlıqlarınınaradan qaldırilmasına yönəldilir.
Ümid edirik ki, hazırki qiymətlər aidiyyatı dövlət strukturlarındaaraşdırılacaq və lazimi tədbirlər görüləcəkdir...

Arif Salahov
İqtisadçı jurnalist