adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 Avqust 2018 16:25
7604
MƏMLƏKƏT

Bayramda su problemi olmayacaq

Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində istehlakçıların dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə bütün zəruri tədbirlər həyata keçiriləcək.

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, bayram günlərində qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.


Əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün operativ tədbirlər görüləcək.

İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar "Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.