Başqasının çıxardığı yerdən düşə bilməzsən, yıxılarsan - Doğan Cüceloğlu yazır

Düşündürücü....
Uşaq idim. Anama " Ağaca çıxacam, kömək et " - dedim.
-Başqasının çıxardığı yerdən düşə bilməzsən, yıxılarsan - dedi.
Bunu heç vaxt unutmadım. Nə qədər doğru olduğunu böyüyəndə anladım.
Ali Şeraiti
26 yaşındaydım. Amerikaya təzə getmişdim və universitetlərin birində araşdırma komandasında köməkçi kimi işləyirdim. Mənimlə bərabər eyni otaqda Con və Qari adında daha iki köməkçi fəaliyyət göstərirdi. Bir şənbə günü işə gedəndə yerdə, xalçanın üstündə iməkləyən uşaq gördüm. Qarinin uşağı idi, özü ilə işə gətirmişdi. Uşaq xalçada iməkləyir, Qari öz işini görürdü. Mən də yerimdə oturdum və işimi görməyə başladım. Otaqda kiçik və meşin bir kreslo vardı. Bir də baxdım ki, Qarinin oğlu o kresloya çıxmağa çalışır. Bir ayağını kreslonun üzərinə qoyur, digərini də qaldırmağa çalışır, amma heç cür kresloya dırmana bilmirdi. 4-5 cəhddən sonra Qariyə baxdım. O, uşağı sakitcə izləyir və öz işinə davam edirdi. Con isə ümumiyyətlə işinə qapılmışdı və baş verənləri izləmirdi. Uşağın növbəti cəhdi alınmayanda dözə bilmədim və yerimdən qalxaraq uşağı qucağıma aldım və kresloya qoydum. Uşaq bunu gözləmirdi deyə çox təəccübləndi və kreslonun üstündə təəccüblü gözləri ilə mənə baxmağa başladı.
O zaman bilmirdim, amma sonralar fərqinə vardım ki, o uşaq mənim gözümdə "qardaşoglu" idi, mən onu elə görürdüm. Böyüdüyüm mühit, ailə, qəsəbə məni belə formalaşdırmışdı. Qardaşımın oğlu kresloya çıxmağa çalışırdı və mən ona kömək etmişdim, çünki atası və otaqda olan digərləri ona kömək etməyə həvəsli deyildilər. Mənim düşüncəm situasiyaya yalnız belə baxırdı.
Vəzifəsini icra edən bir böyük rahatlığı ilə gülümsəyərək Qariyə baxdım.
- Niyə belə etdin?- deyə o, mənə sual verdi.
Mən də çox rahat şəkildə, doğrusunu etdiyimə inanaraq ona cavab verdim:
- Çıxmağa çalışırdı və mən də kömək etdim.
Qari bir də israrla eyni dualı təkrarladı:
- Mən bilirəm o çıxmağa çalışırdı, sən bunu niyə etdin?
Təəccübləndim və hirsləndim. İçimdə "Bu amerikalılara yaxşılıq yoxdu"- deyə düşünməyə başladım.
Qari bir daha soruşdu:
- Sən heç nə etdiyinin fərqindəsənmi?
Yenə əsəbiləşməyə başladım. İstanbulda Psixologiya fakültəsini bitirmiş və 2 il də assisent kimi işləmişdim. Nə etdiyinin fərqində olmayacaq insan deyildim.
Qari səbrlə sözə başladı:
- Bax, uşaq kresloya çıxacağına inanırdı, yarım saat, bəlkə də bir saat sonra cəhdi alınacaq və kresloya çıxacaqdı. Fikir verdinsə o, eləcə kreslodan tutmuş kimi görünmürdü, o, kresloya çıxmağa niyyətli idi və bunun üçün əmək sərf edirdi. Ora çıxdıqdan sonra mənə dönüb baxacaqdı. Mən də ona "Çıxmağı bacardın" deyəcəkdim. Sonra yenə enəcəkdi, yenə cəhd edəcəkdi. Bəlkə də bu dəfə daha tez çıxmağı bacaracaqdi. Bu, onun bu günkü zəfəri olacaqdı. Sən onun zəfərini oğurladın.
Deyilənlər qarşısında şokda idim. Bu, həyatım boyu unutmayacağim bir dərs olmuşdu mənə.
İki həftə sonra yenidən bu söhbətin üstünə qayıtdım və Qaridən soruşdum:
- Niyə sadəcə çıxmağı bacardın deyəcəkdin? Niyə "afərin sənə"- deyib, alqışlamayacaqdın?
Qarinin verdiyi cavab hələ də qulağımdadir:
- Mən onun zəfərinə sadəcə şahid oluram. O, məndən afərin almaq üçün zəfər əldə etmək istəmir, özü istədiyi üçün zəfəri qazanır və mənim də onun zəfərinə şahidlik etdiyimi və sevindiyimi bilir.
Türk psixoloqu və akademiki Doğan Cüceloğlu
Digər Xəbərlər

Ərdoğan Mahmud Abbasla görüşdü

ABŞ təyyarələrə nüvə silahı yerləşdirən yeganə ölkədir - KİV

Paşinyan: Qafqazda kommunikasiyaların açılması Çinlə əməkdaşlığı genişləndirəcək

Suriyadakı ABŞ diplomatları işdən çıxarıldı

Özbəkistan Avrasiya İnkişaf Bankına qoşulur

Paşinyandan viza möhürlərindən Ağrı dağının təsvirinin silinməsinə MÜNASİBƏT

Gürcüstanda “SOCAR”ın avtomobilinə silahlı hücum - Bir nəfər saxlanıldı
