Baş Prokurorluğa yeni idarə rəisi təyin edildi
Baş Prokurorluqda növbəti kadr təyinatları olub.
Adalet.az-ın məlumatına görə, Baş prokuror Zakir Qaralovun əmri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi, ədliyyə müşaviri Sahib İsmayılov vəzifəsindən azad olunub. O, Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifəsinə təyin edilib.
Bundan başqa, Z.Qaralovun digər əmri ilə Mütəxəssis təhlilləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Rəşid Mahmudov tutduğu vəzifədən azad edilərək Daxili təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə, kiçik ədliyyə müşaviri Rövşən Abdullayev isə Mütəxəssis təhlilləri şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Baş Prokurorluğun Mətbuat Xidməti Trend-ə faktı təsdiqləyib.
Digər Xəbərlər
27 Aprel 2024 12:57
Deputata sui-qəsd cəhdi ilə bağlı məhkəmə: “Dövlət orqanlarına da girib hər kəsi güllələmək istəyirdim”
26 Aprel 2024 15:43Kamran Əliyev Ağdaşda vətəndaşları qəbul edib
26 Aprel 2024 15:33Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı
26 Aprel 2024 13:19Vəkil: Azərbaycanın iddiası Ermənistanın 30 illik etnik təmizləmə kampaniyasına əsaslanır
25 Aprel 2024 12:32