Baş nazirin qərarı ilə yeni fond yaradıldı
"Məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi Qaydaları” təsdiqlənib.
Adalet.az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Bu qaydalar "Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 11-5-ci maddəsinin ikinci hissəsinə əsasən hazırlanıb.
Qərar məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi qaydalarını müəyyən edir.
Qaydaların məqsədi məhkəmə ekspertləri və digər şəxslər tərəfindən Fonddan istifadə edilməsini təmin etməkdən ibarətdir.
Fondun yaradılması və elmi-metodik materialın həmin Fonda daxil edilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
Sənəddə yazılıb ki, Fond informasiya ehtiyatıdır. Fondun formalaşdırılması, idarə olunması, tamlığı və mühafizəsi Ədliyyə Nazirliyi tərəfindən təmin edilir.
Digər Xəbərlər
03 May 2024 15:55
Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib
03 May 2024 11:11Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular
01 May 2024 17:20Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR
30 Aprel 2024 14:53Məhkəmə Elnarə Qasımova barədə qərar verib
30 Aprel 2024 12:49