adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Oktyabr 2014 13:27
4702
DÜNYA

Baş nazirin iclasına təcili yardım çağırıldı

Türkiyə baş naziri Əhməd Davudoğlunun kürd problemini həll etmək üçün yaradılmış Aqil İnsanlar Heyətində keçirdiyi iclas zamanı problem yaşanıb.

Adalet.az-ın məlumatına görə, iclas əsnasında Şərqi Anadolu Bölgəsi Komissiyasının üzvü Abdurrahman Dilipakın halı pisləşib.

Təzyiqi yüksələn Dilipak iclas davam edərkən təcili yardım maşını ilə xəstəxanaya qaldırılıb. Xəstəxanada müayinə edilən Dilipak vəziyyəti düzəldikdən sonra iclasa yenidən qatılmaq üçün Dolmabağçada yerləşən Baş Nazirlik binasına gəlib.