adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
08 Aprel 2020 08:15
17062
GÜNDƏM

BAŞ NAZİR ƏLİ ƏSƏDOV CƏNABLARINA

Hörmətli Baş nazir!

Baş Nazirliyin Operativ Qərargahının qəbul etdiyi qərarların hamısı millətimiz üçünçox vacibdi və qəbul edirik, eyni zamandada dəstəkləyirik və təbliğ edirik.

Hörmətli Baş nazir!

Amma bəzi məsələlər var ki, bu narahatlıq doğurur. Əvvəla, birincisi odur ki,müəyyən boşluqlar yaranıb, onun bircəciyininəzərinizə çatdırıram. Məsələ belədirki, evlərdə kimsəsizlər var və ya qulluğaehtiyacı olanlar var. Üç gündür bizəçoxlu müraciətlər daxil olur. Bunlar həm evdəqulluğa ehtiyacı olanlardı, həm dəonlara qulluq edən xidmətçilərdi.Bəli, müəyyən şərtlər var, amma o şərtlərdə elə şeylər yazıblar ki,məsələn, evdə tək qalanlara qulluqeləyənlərin tibbi təhsili olmalıdır. Bu adamlar qulluq etdiyişəxslərə müəyyən məsələlərdəqulluq edirlər, əgər həmin yaşlı adamların tibbi ehtiyacı varsa, onlar təciliyardıma müraciət edib həkim çağıra bilərlər. Təbii ki, həmin həkimlər və tibb bacıları onlarabütün günü qulluq etməyəcək.

Bu məsələyə bir aydınlıq gətirin.

Misal üçün, Məmməd Arazın həyat yoldaşının87 yaşı var və qulluğaehtiyacı var. Övladlarının ona qulluq etməsiüçün SMS-lə iki saat icazə alabilərlər. Bəs, qalan vaxt həmin 87 yaşlıqarıya kim baxmalıdır?Ona görə də onu qulluqçu tutmuşuq.

İndi həmin qulluqçuya onun yanınagetməsi üçün tələb olunansənədləri üç gündür düzəldəbilmirik.

Ya ona, ya da onun kimilərinə dövləttərəfindən qulluqçu göndərin, ya da bu məsələni çözün. Və onun timsalındahəmin xanıma qulluq edənərindən ayrılmış iki uşaqlıbir xanımdır və həmin evdən aldığı maaşladolanır. İndi o xanımın taleyi necə olsun?

Xahiş edirəm, aydınlıq gətirəsiniz.

P.S. Deyə bilərsiniz ki, niyə özünüzqulluq etmirsiniz? Biz birtəhər yolunaqoyuruq, amma hamının buna gücü çatmıraxı.

Hörmətlə:

Məmməd Arazın ailəsi