Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Hazırda Azərbaycanda karantində saxlanılan şəxslərin heç birində koronavirus aşkarlanmayıb, onlar sadəcə nəzarətdədirlər.
Adalet.az xəbər verir ki, bunu Azvision.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Baş epidemioloqu İbadulla Ağayev bildirib. Onun sözlərinə görə, insanların təşvişə düşməsi üçün əsas yoxdur, çünki ölkəmizdə virusa rast gəlinməyib.

"Əmin ola bilərsiniz ki, respublikanın ərazisində xəstə aşkar olunarsa, birinci bunu mən televiziyalar vasitəsilə deyəcəyəm. Amma bu dəqiqə ölkədə koronavirusa yoluxma halı yoxdur. Virusa yoluxmağa yalnız laborator üsulla diaqnoz qoymaq mümkündür. O da Azərbaycanda xüsusi təhlükəli infeksiyalarla mübarizə şöbəsindədir. Laboratoriyamız müasir standartlara cavab verir. Heç kim narahat olmasın, hazırda bizdə belə bir təhlükə yoxdur”.
Digər Xəbərlər
01 May 2024 09:46
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48