Baş həkim idman travmalarından danışdı
“İdmanla məşğul olarkən ən çox rast gəlinən travmalar müxtəlif amillərdən asılı olaraq fərqlənir, lakin bəzi travmalara daha çox rast gəlinir”.
Adalet.az xəbər verir ki, bu fikirləri “Sağlam radio”da yayımlanan “Sağlam səhər” verilisində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş həkimi Nizami Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, ən çox rast gəlinən idman travmaları düşmə və ya birbaşa zərbələr nəticəsində baş verən qol və ayaq sınıqlarıdır:
“Xüsusilə futbol və basketbol kimi idman növlərində çanaq və omba sınıqlarına rast gəlinir. Həddindən artıq yüklənmə və ya qeyri-düzgün isinmə səbəbindən əzələ gərginliyi və zədələri də baş verə bilər”.
Baş həkim bildirib ki, xüsusilə diz və ayaq biləyi bağlarında travma futbol, basketbol, gimnastika kimi idman növlərində bağların yırtılması və dartılması geniş yayılıb:
“Yüksək intensivlikli məşqlər və təkrarlanan hərəkətlər nəticəsində kiçik sümük çatları meydana gələ bilər. Bu qaçış, basketbol və gimnastika idman növlərində daha çox rast gəlinir. Bu travmaların qarşısını almaq üçün idmanla məşğul olarkən düzgün isinmə, uyğun idman avadanlığı və texnika istifadə etmək vacibdir”.
Baş həkim sonda qeyd edib ki, idmanla məşğul olmazdan əvvəl peşəkar bir məşqçi və ya fizioterapevtdən məsləhət almaq faydalıdır.
Digər Xəbərlər
15 Dekabr 2025 10:18
Könül Vəlibəylinin qızı palataya köçürüldü
14 Dekabr 2025 12:30
Özəl klinikalar bağlanmalıdır?
13 Dekabr 2025 15:00
Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb - VİDEO
10 Dekabr 2025 14:20
“Ev şəraitində hazırlanan turşular risk kateqoriyasına daxildir...”
09 Dekabr 2025 11:54
Onkoloji xəstəliklərin müalicəsinin Xidmətlər zərfinə daxil edilməsi üçün layihə hazırlanır
08 Dekabr 2025 16:38
Nazirlik məşhur klinikada yoxlama keçirdi - Lisenziyası olmadığı üzə çıxdı
08 Dekabr 2025 11:45
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi - FOTOLAR
07 Dekabr 2025 21:14


Bakı -°C

