adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Dekabr 2016 20:00
11460
İQTİSADİYYAT

Banklar bayram günlərində də işləyəcək

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə bayram günlərində – 31 dekabr - 4 yanvar tarixlərində bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

Palatadan Adalet.az-a verilən məlumata görə, Yeni İl bayramı ilə əlaqədar qeyri-iş günlərində ölkəmizə əhəmiyyətli turist axınının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanının təmin edilməsi məqsədilə MBNP banklara gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə edib.

Bununla əlaqədar olaraq, 25 bankın Bakı və əsas turizm bölgələrində 59 filial və şöbəsi 31 dekabr – 4 yanvar tarixlərində turistlər və ölkə sakinlərinə bank xidmətləri göstərəcək. Həmçinin, bəzi turizm obyektlərində valyuta mübadiləsi avtomatları quraşdırılıb.

O cümlədən, bayram günlərində Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə bağlı maliyyə xidmətləri istehlakçıları Palatada yaradılmış qaynar xəttə müraciət edə bilərlər: Koordinator: Rövşən Məmmədli; Tel: 493-50-58 (dax: 300); Email:[email protected] 31 dekabr – 4 yanvar tarixlərində çalışacaq bank filial və şöbələrinin siyahısı və ünvanları iləwww.fimsa.azsaytında tanış olmaq olar.