Bank iflas xəbərinə reaksiya verdi
"Bank Technique”nin fəaliyyəti barədə mətbuatda yayılan məlumatların heç biri həqiqəti əks etdirmir". Bu məlumat "Bank Technique”nin mətbuat xidmətindən məlumat verilib. Açıqlamada bildirilir ki, bank üzləşdiyi çətinliklərə baxmayaraq, öz işini davam etdirir: "Bununla əlaqədar olaraq bildiririk ki, "Bank Technique” mövcud şəraiti nəzərə alaraq xərclərin optimallaşdırılmasını həyata keçirir. Həmçinin son dövrlərdə notariat kontorları və Bakı Metropoliteni ilə əməkdaşlığın dayandırılması ilə əlaqədar Bank həmin müəssislərlə işləyən strukturlarında bir sıra ixtisarlar aparıb. "Bank Technique” bəyan edir ki, yaxın gələcəkdə müştərilərinə daha yüksək səviyyədə xidmət göstərmək əzmindədir”. Bir müddət əvvəl yayılan xəbərlərdə bankın iflas etdiyi və işçilərini kütləvi şəkildə ixtisara saldığı və ya onları öz hesabına məzuniyyətə göndərdiyi xəbər verilirdi.
Digər Xəbərlər
02 May 2024 09:43
Bu günə olan valyuta məzənnələri
30 Aprel 2024 13:51Azərbaycana gələn turistlər bu rayonlara üz tutur - AÇIQLAMA
30 Aprel 2024 12:52“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb
30 Aprel 2024 10:56Dünya bazarlarında neft ucuzlaşdı
29 Aprel 2024 18:17