Balotelli prezidentlə görüşə getdi - Qəbul edilmədi
"Breşia” rəhbərliyi ilə Mario Balotelli arasında münasibətlər daha da soyuyub.
Qol.az xəbər verir ki, bu günlərdə futbolçu heç bir səbəb göstərmədən məşqə qatılmayıb. Bu isə klubun prezidenti Massimo Çellinonu qəzəbləndirib.
"Corriere dello Sport” xəbər verir ki, dünən Balotelli klubun ofisinə gələrək Çellino ilə əvvəlcədən planlaşdırılan görüşdə iştirak etmək istəyib. Amma o, yarım saat gözlədikdən sonra qəbul edilməyib. 29 yaşlı hücumçu bundan sonra ofisi tərk edib. İtaliya mətbuatına görə, bu, tərəflər arasında son qırılma nöqtəsidir.
Balotellinin "Breşiya” ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Amma əgər komanda A seriyasını tərk etsə, bu halda öncədən əldə olunan razılığa əsasən, futbolçuya azad agent statusu veriləcək.
Digər Xəbərlər
03 May 2024 23:04
UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 21:47"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirildi
03 May 2024 16:37