adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Yanvar 2020 10:44
162649
MARAQLI

Balıq mövsümü - çeşidləri, yeməkləri, faydaları...

Belə bir deyim var ki, hansı ayda"r" hərfi yoxdursa, o ayda balıq yemək məsləhət deyil. Bu deyimə əsasən, artıq balıqsevərlər sentyabr ayından balıq mövsümünə start veriblər. Odur ki, bu proses may ayınadək tam təhlükəsiz hesab edilir. Biz də bugün ki, araşdırmamızı məhz balığa həsr edəcəyik.

Azərbaycanda yeyilən balıqçeşidləri

Xəzərdənizi, Kür və Araz çayları, onlara qovuşan çoxsaylı çay şəbəkəsi və sututarlarının mövcud olması ilə əlaqədar Azərbaycan zəngin balıq ehtiyatınamalikdir. Bu səbəbdən də balıq əti əhalinin qida rasionunda mühüm yer tutur. Azərbaycanmətbəxində pulcuqlu balıqlara üstünlük verilir, pulcuqsuz balıqlar – ilanbalığı, ağ balıq və digərləri isə yalnız müəyyən bölgələrdə tükədilir. Xəzərdə101 balıq növü də mövcuddur. Xəzər dənizində nərə, uzunburun, qaya balığı, ağqızılbalıq, qızıl balıq, Xəzər siyənəyinin beş növü, dəniz sıfı, ziyad, gülmə,çəki, xəşəm və başqa balıq növləri var. Təqribən 40 balıq növü və yarımnövü ov əhəmiyyətlidir.Balıq növləri içərisində yox olmaq təhlükəsi ilə üzləşdiyi üçün AzərbaycanRespublikanın "Qırmızı kitabı”na daxil edilənlər də var: Xəzər ilanbalığı,alabalıq, Cənubi-Xəzər porusu (ağgözbalığı), çexon, dəniz sıfı. Son illərdə nərəbalıqlarının bütün növlərinin (ağbalıq, kələmo-qayabalığı, uzunburun balığı), Xəzərqızılbalığının, ağ qızılbalığın, xramulanın, şamayı balığının, şibrit vəqarasolun sayı kəskin surətdə azalıb.



Balıqdan hazırlanan yeməklər

BalıqdanAzərbaycan mətbəxində təzə, qurudulmuş və "küpləmə” şəklində istifadə olunur.Milli Kulinariya Mərkəininyaydığı məlumarda deyilir ki, Lənkəran, Muğan və Abşeronbölgələrində təzə balıqdan kabab (təndir kababı, buxarı kabab), soyutma,qızartma (bütöv və ya doğramaqla qızartma), balıq ləvəngisi, buğlama, balıqsırdağı, ləmbic, balıq mütəncəmi, dolma və başqa yeməklər hazırlanır:”Quru balıq tədarükü dəniz və iri çay sahillərində yaşayan əhali arasında genişyayılıb. Qaxac üsulu ilə balıq tədarükündən Kür və Araz çaylarının aşağıaxarlarında və Xəzərsahili əyalətlərdə geniş istifadə olunur. Çapaq, kütüm,ziyad, siyənək, şamayı və s. hisəvermə yolu ilə alov hənirtisində qurudulur.

Qeydetdiyimi kimi, Azərbaycan mətbəxində balıq məhsulları ən çox kabab, qızartma vələvəngi üsulu ilə bişirilir. Bundan əlavə, bəzi bölgələrdə buğlama (mütəncəm) vəsoyutma bişirmə üsulları da geniş yayılıb. Xırda çay balıqları soyutma, iribalıqlar isə, bir qayda olaraq, bıçaqla doğranıb tava və ya saplıcada qızartmaüsulu ilə bişirilir. Bir qədər də dəqiqləşdirsək, şamayı və qarasol kimi xırdabalıqlar bütöv, qızılbalıq, ziyad (kütüm), xəşəm, çapaq və çəki kimi balıqlarisə fal-fal doğranmaqla tavada qızardılır, süfrəyə verilərkən yanına doğranmışsoğan, sumax, istiot və narşərab qoyulur.



Azərbaycanmətbəxində balıqdan müxtəlif yemək çeşidləri hazırlanır ki, bunların içərisindəbalıq ləvəngisixüsusilə seçilir. Balıq ləvəngisi Azərbaycanıncənub bölgələrində, o cümlədən Şirvanda geniş yayılıb. Ləvəngi, adətən, kütüm,xəşəm, çəki, çapaq və külmə balıqlarından bişirilir, ziyafət süfrəsinə verilir.Bunun üçün qoz ləpəsi, soğan və balıq kürüsündən içlik hazırlanır. Həmin içlikiçərisi təmizlənmiş, duz, istiot və turşu (alça turşusu) vurulmuş balığın içinəyığılır, sapla tikilir, balığın quyruğu başına bənd edilərək dairəvi şəkləsalınır, sonra ocaqda və ya təndirdə bişirilir. Balıq ləvəngisi ayrıca və yaplovla yeyilir.

Lənkəranbölgəsi əhalisinin sevimli yeməklərindən biribalıqsırdağıdır. Çapaq və ziyad balıqlarından bişirilən balıq sırdağını hasiləgətirmək üçün ayrıca qızardılmış balığı və xırda-xırda doğranaraq yüngülqızardılmış sarımsağı lay-lay qazana yığıb, üstünə cəfəri və qora suyu əlavəetməklə vam odda bişirirlər. Balıq sırdağı həm plova qara kimi süfrəyə verilir,həm də çörəklə yeyilir. Balıq sırdağından fərqli olaraq, Muğanləmbicindəsarımsağı soğan və göy-göyərti tərkibi əvəzedir. Üzərinə yağ əlavə edilən ləmbic xəşəm və sıf balığından hazırlanır, sacıniçində bişirilir.

Muğanbölgəsi üçün xarakterik olanbalıqmütəncəmiisə doğranmış, duz və soğanla qarışdırılmışbalığı qazana (çölməyə) yığıb, üstünə yağ və sirkəli su əlavə etməklə vam oddabişirilir. Qazanın qapağı kip örtülür, balıq öz buğunda bişir. Onu qızıl, xallıvə xəşəm balığından hazırlayır, plovla yeyirlər.

Abşerondaöz dəmində bişirilmiş quru balığı müxtəlif xörəklərin yanında süfrəyə vermək adəthalını alıb. Aş ilə ən çox kütüm balığı yeyilir. Buxarda bişmiş quru balıq birsıra aş növlərinin – paxla plov, südlü plov, lərgə plov, əvəlik plov, yarmaçilov və s. yanında süfrəyə verilir. Quru balıqdan, həmçininküküdə hazırlanır. Kükü Abşeronda və digər Xəzəryanı bölgələrdədaha geniş yayılıb, qidalılığına və dadına-tamına görə əvəzsiz qida məhsulusayılır. Balıq küküsünün hazırlanma qaydası belədir: Balıq kürüsü yuyulduqdansonra ehmalca qabda qarışdırılır və üz pərdələri götürülür. Kürünün acılığınıçıxartmaq üçün üzərinə su əlavə olunur, 10 dəqiqədən sonra suyu süzülür. Onayağda qızardılmış soğan, yumurta, qara istiot qatılır və tavaya tökülüb yağdabişirilir. Kükü həm sərbəst halda çörəklə, həm də aşla yeyilir.

Balığın faydaları

Həftədəən az iki dəfə balıq yeyirsinizsə, deməli, sağlamlığınızı qoruyursunuz.

Beynəlxalqsəviyyəli tibb dərgilərinin məlumatlarındadeyilir ki, müntəzəm olaraq balıq yeməklə fiziki və ruhi sağlamlığımızaən böyük xidməti göstərmişolursunuz.
Ürək xəstəliyini və iflicin qarşısınıalır:Balıqların hamısı faydalıdır, lakin ürəyi qoruyan omega-3 yağıbaxımından qızıl, ton, sardina, siyənək, alabalıq, morina, uskumru, kefal vəbarbunya balıqları daha zəngindir.



Xolesterinin maddələr mübadiləsininizamlar:Balığda bol miqdarda olan Omega-3, damar genişlədən, aqreqasyonönləyici təsiri var. Bu xüsusiyyətlərindən ötəri ürək və damar xəstəliklərinəqarşı qorunma təmin edər.

Şəkər xəstələri üçün faydalıdır:Şəkərxəstələri, ürək xəstəliyi və iflic riskindən daha çox təsirləndikləri üçünbalıq yemək onlar üçün faydalıdır.

Balıq prostat xərçəngini qarşısını alır:Omega- 3 yağlarının anti kanserogen təsiri müxtəlif araşdırmalar nəticəsində ortayaqoyulmuşdur. Elm adamları Omega - 3 yağların zəngin bir diyetin şiş və metastasyaranmasını azaltdığını ifadə edirlər.

Balıqdəri qırışıqlarınaa qarşı təsirlidir:Avstraliyada nəşr olunan biraraşdırma, qidalanmanın dəri yaşlanmasıyla əlaqəli olduğunu ortaya qoydu. Balıqyeyən insanların dərisinin daha az yaşlandığı, qırışıq problemi daha gecyarandığını görüldü.

Astma təhlükəsiniazaldır:Bəzi araşdırmalara görə, həftədə birdən artıq, xüsusilə də yağlı balıqlardanyeyən uşaqlarda astmaya tutulma nisbəti, çox balıq yeməyən uşaqlara görə dahaazdır.

Ağlını itirmiş qocalıq və Alzheimerriskini azaldır.Balığda olan yağ asidi beyindəki iltihablanmağı önləyə,beynin və sinir hüceyrələrinin inkişafını təmin edir, beləcə Ağlını itirmişqocalıq və əlzeymir riskini azaldır.

Omega-3 yağ turşularının körpələr və uşaqlarda böyümə və inkişafı dəstəkləməsi,hətta xəstəliklərdən qoruması artıq sirr deyil.

Əziz oxucular, tələsin, may gəlməmişbalıq yeyin! Hec olmasa həftədə iki dəfə! Nuş olsun!

Əntiqə Rəşid

Adalet.az