adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Noyabr 2017 13:30
100736
MƏMLƏKƏT

BALIĞIN QİYMƏTİ KƏLLƏ-ÇARXA QALXIB

Deyirlər ki, balıqəti çox dadlı olur və bu qidanın qəbulu insanüçün həddindən artıq xeyirlidir. Təbii ki, bu deyimə heç kəsin şübhəsi olmaz. Ənazından ona görə ki, çoxlarımız balığın necə dadlı olduğunu yaxşı bilirik.

Biz uşaq vaxtı olandarəhmətlik Yusif əmim Araz çayından balıqlar, naxalar tutardı. Özü də o balıqlarvə naxalar o qədər dadlı idi ki, yeməklə doymaqolmurdu. Və Yusif əmi çox vaxt balığı özü bişirərdi. Düzdür, rəhmətlik Suruşbibim də yaxşı balıq bişirə bilirdi. Ancaq Yusif əmi kimi heç kim dadlı balıq bişirməzdi.Bəlkə də kimsə elə balıq bişirə bilərdi. Amma Yusif əminin bişirdiyi balığın özgədadı vardı. Sazan balıqların ağırlığı 5 kilodan çox olardı. Hələ mən naxanı demirəm.Naxa balığı isə 40-50 kq çatardı. Hər ikibalığın qızartması və soyutması çox dadlı olardı. Özü də Arazın balığının dadınıbaşqa çayların balığı verə bilməzdi.

İndi də dəniz və çay balığı var. Və həmin dəniz və çaybalıqları heç də biz uşaqlıq vaxtı yediyimizbalıqların tamı qədər dadlı deyil. Bilmirik bunədən belədi, ancaq bir onu bilirik ki, 40 il bundan öncəki balıqların özgəcür dadı vardı.

Təbii ki, bir çoxlarımızbalığı daha çox xoşlayırıq. Amma gəlin onunla razılaşaq ki, bu gün dadlı balıq ətinəçoxumuz tamarzı qalmışıq. Çünki indi bazar-dükanda satılan əksər balıqlar süni yollayaradılmış göllərdə yetişdirilir və onlar da inqibator toyuqları kimi müxtəlif yemlərləböyüdülür. Elə ona görə də bu balıqlar 40 il bundan qabağın balığı qədər dadlı deyillər.

Bir fikirlə razılaşmaqolmur ki, bir çoxları deyir: indi yetişdirilən balıqlar göllərdə süni surətdə böyüdülür.Bu fikir heç də həqiqətə uyğun deyil. Belə ki, həmin balıqlar təbii balıqlardı.Yalnız sadəcə olaraq onlar süni yaradılmış göllərdə yemlə böyüdülür.

Aydındır ki, təbiiyolla dənizdə yetişə balıqlar da var. Məsələn,insanlar ən çox bu gün dənizdə böyüyən kütüm balığının dadından xüsusilə danışırlar.Mütəxəssislər də deyirlər ki, başqa balıqları süni göllərdə yetişdirmək mümkün olsada, kütümü həmin yerlərdə böyütmək mümkün deyil. Elə ona görə də bu balıqdan xoşugələnlər kütümü dəniz balığı kimi böyük həvəslə alırlar.

Payız və qış mövsümündəbalığın özgə bir ləzzəti var. Yəni bu aylarda balıq yemək insanı müxtəlif xəstəliklərdənqorumaqla yanaşı, həm də immuniteti gücləndirir. Ümumiyyətlə, həkimlər bildirirlərki, payız və qış mövsümlərində nə qədər çox balıqdan istifadə edilsə, insan biro qədər özünü gümrah hiss edər.

Biz hamımız balıqyemək istəyirik. Amma yeyə bilirikmi? Çünki əvvəlki vaxtlara nisbətən bazar-dükanlarda balığın qiyməti çox bahalaşıb. Məsələn, 1 kiloqramsazanın və eləcə də xanı balığının qiyməti 5 manatdan aşağı deyil. Hələ biz qiymətli balıqları – kütümü, qızıl balığı, nərəni,ziyad balığını demirik. Elə 1 kiloqram kütümünqiyməti bu gün bazarlarda 10 manatdan aşağı deyil.

Bir çox sahələrdəolduğu kimi, bu gün ölkəmizdə balıq məhsullarının satışında da monopoliya var. Həttaməmləkətimizə xarici ölkələrdən müxtəlif növ balıq məhsulları idxal olunur. Aydındırki, xaricdən gətirilən balıq məhmulları da, kimlərinsə nəzarətindədir. Və eyni zamandaölkəmizdəki balıq məhsulları da ayrı-ayrı inhisarçıların nəzarəti altındadır.

Təbii ki, belə olandaqiymətlər də vahid mərkəzdən idarə olunur. Məsələn, indi 1 kiloqram nərə balığının qiyməti 50 manatdan aşağı deyil.Bax, başa düşmək olmur ki, dənizdə olan bu balığın qiyməti niyə 50 manatdı? Hansıki, 15-20 il bundan qabaq həmin balığın 1 kiloqramının qiyməti 5-10 manat arasındaidi. İndi birdən-birə hansısa inhisarçının diqtəsi ilə balığın qiyməti 10-15 dəfəbahalaşıb.

Məgər bu balıqlarXəzər dənizində yetişmirmi? Bu dəniz də bu xalqın, bu millətin sərvəti deyilmi? Görünür, bəzi inhisarçılar kasıb və imkansızadamları bu balıq ətinə tamarzı qoymaqla nədənsə zövq alırlar. Yaxşı, bunu başadüşdük, o balıqlar varlılar üçündür. Heç olmasa kasıb adamlara digər balıq növləriucuz satıla bilməzmi?

Əlbəttə, hamı istəyirki, payız və qış mövsümündə öz rasionuna balıq ətini də daxil eləsin. Ancaq imkanıolmadığına görə, onu bazar-dükandan bəzi insanlar ala bilmirlər. Bayaq dedik ki,bu gün bazarlarda ən ucuz balıq növünün 1 kiloqramı 5 manatdan aşağı deyil. Təbiiki, belə olan təqdirdə təqaüdlə və cüzi əməkhaqqı ilə dolanan insanlar o balığı ala bilmirlər.

Hansı ki, həm dənizdən,həm də süni göllərdən hər gün on tonlarla balıq bazara çıxarılır. Bəs, belə olantəqdirdə balığın qiyməti niyə kəllə-çarxa qalxıb? Deməli, yenə bu fikrin üstünəqayıtmalıyıq ki, ayrı-ayrı inhisarçılar bütün sahələrdə olduğu kimi, balıqçılığıda bir əldə cəmləşdiriblər. Hər şey bir əldəcəmləşəndə isə onda qiymətlər bax, belə ceyran belinə qalxacaq.

Hər halda, bir balacadaş ürəklər yumuşalmalı, inhisarçılar insafa gəlməlidirlər. Gərək onlar qaz vurubqazan doldursunlar? Balığın qiyməti heç olmasa 50 qəpik, 1 manar aşağı düşsə, bundanən çox sevinən imkansız adamlar olacaq. İmkansız adamları isə sevindirmək vallah,Allaha da xoş gedər!..


Faiq QİSMƏTOĞLU