Bakıya gələn erməni deputat: “Ermənistanda fahişəliklə mübarizə zərurətə çevrilib”
"Ermənistan parlamentində qadınların sayı Gürcüstandakından azdır. Biz parlamentdə qadınların sayının artırılması istiqamətində işlər görməyə başlamışıq. Amma mərkəzi inzibati strukturlarda problem yoxdur”.
Bunu Ermənistan parlamentinin deputatıMane TandilyanBakıda keçirilən beynəlxalq konfransda deyib. O, bildirib ki, Ermənistanda eyni zamanda fahişəliklə mübarizəyə də önəm verilir.
"Çünki bu, zərurətə çevrilib. Eyni zamanda selektiv abortların qanunla qadağan edilməsi təklifini də irəli sürmüşük. Bizdə təəssüf ki, hələ məişət zorakılığı ilə bağlıq qanun yoxdur, amma planlaşdırmışıq ki, yaxın zamanda müzakirəyə çıxarılsın”.
Konfransa çıxış edən Azərbaycan Milli Məclisinin Ailə, qadın və uşaq problemləri üzrə komitənin sədriAqiyə Naxçıvanlıtəklif edib ki, BMT-nin aidiyyatı orqanları tərəfindən qaçqın, köçkünlər, sığınacaq axtaran şəxslər üçün gender əsaslı layihələr həyata keçirilsin.
Komitə sədri bildirib ki, ölkəmizdəki qaçqın və köçkünlərin 400 min nəfəri qadın, 300 min nəfəri uşaqdır.
"Azərbaycanda gender bərabərliyinin təmin edilməsi ölkə siyasətinin mühüm prioritetidir. Bu gün parlamentdə qadınların təmsil olunma göstəricisi 16,9 faizə çatıb”.
A.Naxçıvanlı Azərbaycanın gender siyasəti ilə bağlı bir çox sənədlər imzalandığını və ölkəmizin beynəlxalq sənədlərə qoşulduğunu xatırladıb.
"Ümumiyyətlə, son illərin tendensiyası göz qabağındadır. Ölkənin idarəolunmasına daha güclü, parlaq qadınlar gəlir. Artıq gender amili milli fəaliyyət planlarına, dövlət proqramlarına daxil edilib. Görülən tədbirlər qadınların təmsilçiliyinə müsbət təsir göstərib. Azərbaycanda əhalinin 50,2 faizi qadınlardır. Onların ictimai-siyasi, elmi və s. sahədə əldə etdiyi nailiyyətlər dövlətimizin nailiyyətidir”.(modern)
Digər Xəbərlər
03 May 2024 23:14
Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57STM ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında memorandum imzalandı
03 May 2024 17:31İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52