Bakı-Sumqayıt şosesində yerüstü piyada keçidi tikilir
Biləcəri sakinlərinin tikilməkdə olan "Avtovağzal" metro stansiyasına gediş-gəlişini asanlaşdırmaq üçün Bakı-Sumqayıt şosesi üzərindən yerüstü piyada keçidi inşa ediləcək.
"Bakı Metropoliteni” QSC-dən bildirilib ki, artıq piyada keçidinin tikintisi üçün hazırlıq işlərinə başlanılıb və fundament qazılıb.
Yerüstü piyada keçidi ilə "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları üzrə işlərin 2016-cı ilin ilk yarısınadək yekunlaşdırılıb istifadəyə verilməsi planlaşdırılır.
Digər Xəbərlər
02 May 2024 17:40