adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Oktyabr 2014 14:30
15909
TEXNOLOGİYA

Bakinternetdəki problemlər nədən qaynaqlanır?

Qeyri-neft sektorunda İKT-nin inkişafıregionda xüsusi çəkiyə malikdir. Bu baxımdan hökumət tərəfindən həyatakeçirilən siyasət, konsepsiyalar İKT-nin ölkə iqtisadiyyatında çəkisini daha daartırıb. Eyni zamanda internet imkanlarının genişləndirilməsi, bu sahədəvətəndaşlara yüksək xidmət göstərilməsi üçün bir sıra təxirəsalınmaz tədbirlərhəyata keçirilir. Məhz bunun nəticəsidir ki, bu gün ucqar dağ kəndlərində beləinternetə qoşulmaq problemləri demək olar ki, minimum səviyyəyə qədər enib.

Ancaq bütün bunlara baxmayaraq, ölkə üzrəən çox abonent tutumuna malik dövlətprovayderləri olan "Aztelekom” və "Bakinternet” istehsalat birliklərinin istifadəçilərininşikayətləri durmadan artmaqdadır. Bununla bağlı qəzetimizə müraciət edənlərinternetin sürətinin zəif olmasından gileylənirlər. Qeyd olunur ki, provayderlərmüqavilədə göstəriləndən bir neçə dəfə az internet sürəti qəbul edirlər.  Məsələn,"Bakinternet” istifadəçiləri şikayətlərində bildirir ki, hər ay 20 manatinternet haqqı ödəyirlər. Əvvəllərbelə bir problem olmayıb. Lakin son bir neçə aydır ki, ciddi şəkildə internetproblemi var. Tez-tez internet itir, bəzən modemin bütün işiqları yaşıl yansada, adi saytlara belə girməkdə çətinlik çəkilir.

"Aztelekom”istifadəçiləri də eyniylə sürət problemi ilə qarşılaşdıqlarını qeyd edirlər.Belə ki, provayderlə olan müqavilədə şirkət 20 manata 4096 kbit/s internetxidməti göstərmək öhdəliyi götürsə də, bu ilin əvvəlindən başlayaraq sürət heç2000 kbit/s-ə də çatmır. 

Məsələyə münasibət bildirən Bakı Telefon Birliyinindirektor müavini Xankişi Kişiyev bildirib ki, təmsil etdiyi qurumistifadəçilərin internetdən maksimum yararlanması üçün ciddi iş aparır. Onunsözlərinə görə, Avropa standartlarına cavab verən qurğular vasitəsi ilə əhaliyəçatdırılan internetdən xırda şikayətlər qaçılmazdır. Bu kimi problemlər isəya internet xəttlərində olan nasazlıqlardan, ya modemdən və ya kompyüterəyüklənən əlavə proqramlardan qaynaqlanır. 
X.Kişiyev qeyd edib ki, yaranan problemlərin operativ olaraq aradanqaldırılması üçün aktiv işçi heyəti var: "Bakinternet”-in 155 saylı sorğumərkəzi var. Fərdi qaydada problem varsa, abunəçilər bura müraciət edə bilər.Kütləvi qaydada isə hər hansı problem yoxdur. Bütün  dünyada sadəcə, İPünvanlar bitib. Bununla əlaqədar bizim bölgədə də qıtlıq yaranıb. İnternet bir şəbəkə sistemidir. Burda istifadəçinin modemində,kompyüterində, müraciət etdiyi saytlarda problemlər ola bilər. İndiinternet resurslarının həcmi 3-4 gb artıb.  Bu da 1 saniyədə hardasa 1trilyon əməliyyat deməkdir.  Bu gün internet istifadəçilərinin sayı günü-gündən artır. 200 min online istifadəçimiz var. Hazırda bazarda çoxlu sayda provayderlər var. Əgər hər hansı narahatlıq olsaydı,abunəçilər digər provayderlərə müraciət edərdilər”.


Ekspert Gündüz Osman deyir ki, internetinkeftiyyət problemi bir sıra provayderlərdə, xüsusilə Bakinternetdə daha qabarıqgörsənir. Onun sözlərinə görə, Bakinternet faktiki olaraq istifadəçilərialdadır: "İstifadəçilər müqavilədə olan sürəti əldə edə bilmirlər. Belə deməkmümkünsə, internet istifadəçiləri çəkidə aldadılırlar. Bu əsasən, provayderinözünün məsuliyyətsizliyi və tamahkarlığı ilə bağlıdır”. 

Ekspert aidiyyatı qurumların sözügedən məsələyə biganə qalmasından narazıdır: "İqtisadiyyatvə Sənaye Nazirliyinin tərkibində istehlakçılarınhüquqlarının qorunması ilə bağlı qurum var. Bu günə kimi bu qurumun internetistifadəçilərinin hüquqlarının pozulması ilə bağlı hansısa bir monitorinq apardığınınşahidi olmamışıq. O cümlədən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəinternetin sürəti ilə bağlı məsələyə ciddi nəzarət etmir. Düşünürəm ki, RYTN  internet provayderləri ilə bağlı vaxtaşırı monitorinqaparsın. Bununla bağlı ciddi tədbirlər görülsün. Ən azından dövlət qurumlarıtərəfindən bir hesabat açıqlansın. İstifadəçiləri aldadan provayderlərin adlarıgeniş ictimayyətə açıqlansın”.

G. Osman Bakinternetdən bu qədər şikayətin qarşılığından istifadəçilərin sözügedənprovayderdən imtina etməməsinin səbəbini belə açıqlayıb: "İmtina ilə bağlımüəyyən problemlər var. Hələlik Azərbaycanda Bakinternet provayderi dövlətininfrastrukturuna malik olan bir qurumdur. İndi istifadəçi bu qurumdan çıxıb başqaprovayderə keçmək istəyəndə gərək o qurum Bakinternetin infrastrukturundanistifadə etsin. Bakinternet də dolayısı ilə bunlara maneçiliklər törədir, get-gələsalır”.

 

Eksperthesab edir ki, mövcud problemdən yaxa qurtarmağn hüquqi yolu var: "İnternetinsürətini ölçmək olur. İstifadəçi internetin sürətini ölçməklə ona edilənxidmətin müqavilədə göstərilənlərlə uyğunluğunu yoxlaya bilər. Belə olan haldaaktlaşdırma aparıb. Məhkəməyə müraciət etmək olar”.