Bakının mərkəzi küçələrini də texnikalar süpürəcək
Paytaxt yollarında təmizlik işlərinin aparılması üçün nisbətən kiçik həcmli və digər funksiyaları olan texnikalar Bakıya gətiriləcək.
Adalet.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda yeni texnikaların alınması istiqamətində bir neçə şirkətlə danışıqlar aparılır:
"Onlardan biri də "MAN” şirkətidir. Bu şirkətin qeyd olunan sahə üzrə texnikaların istehsalında böyük təcrübəsi var. İlk partiyada gətirilən təmizlik texnikaları həcmcə böyük idi. Növbəti partiyada daha kiçik həcmli və digər funksiyaları olan küçə təmizləyən texnikalar gətiriləcək. Bu texniklar paytaxtın əsas küçə və prospektlərində təmizlik işlərinin aparılması üçün aidiyyatı üzrə veriləcək”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, paytaxt Bakı şəhərində yollarda təmizlik işləri aparan təsərrüfat işçilərinin əməyinin yüngülləşdirilməsi, iş prossesində onların təhlükəsizliyinin təmin olunması ilə bağlı ölkə başçısının tapşırıqlarına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanan kompleks tədbirlər çərçivəsində şəhər təsərrüfatı texnikası istehsalında böyük təcrübəsi olan Almaniyanın "MAN” şirkətinin istehsalı olan 10-a yaxın texnika Bakıya gətirilərək təsərrüfatçılara verilib.
Digər Xəbərlər
03 May 2024 23:14
Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57STM ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında memorandum imzalandı
03 May 2024 17:31İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52