Bakının bu yollarında tıxac var
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən Adalet.az-a bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Mikayıl Useynov prospekti - Azneft dairəsi istiqaməti sıxlıq
2. Yusif Səfərov küçəsi - Xocalı prospekti ilə kəsişmədən başlayaraq Babək prospekti istiqamətində sıxlıq
3. Gülarə Qədirbəyova küçəsi – Heydər Əliyev prospekti ilə kəsişmədən başlayaraq Təbriz küçəsi ilə kəsişməyədək sıxlıq
4. Ziya Bünyadov prospekti - Azadlıq prospekti ilə kəsişmədən başlayaraq Ələsgər Qayıbov küçəsi ilə kəsişməyədək Koroğlu metro stansiyası istiqaməti və Çermet körpüsü 20 Yanvar dairəsi istiqamətində sıxlıq
5. Alı Mustafayev küçəsi - Ziya Bünyadov prospekti istiqamətində sıxlıq
6. Tbilisi prospekti - Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən başlayaraq 20 Yanvar dairəsi istiqamətində və A.Salamzadə küçəsi kəsişmədən başlayaraq şəhər istiqamətində sıxlıq
7. Abbasqulu ağa Bakıxanov küçəsi - Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq
8. Heydər Əliyev prospekti - kənar və əsas yol Heydər Əliyev adına mərkəzin yanınadək şəhər istiqamətində sıxlıq
9. Koroğlu Rəhimov küçəsi - F.Xoyski prospekti ilə kəsişmədən başlayaraq Gülarə Qədirbəyova küçəsi ilə kəsişməyədək sıxlıq müşahidə olunur.
Digər Xəbərlər
26 Mart 2026 09:00
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
25 Mart 2026 16:11
Bu gündən bəzi avtomobillərin idxalı vergidən və rüsumdan azad edildi
25 Mart 2026 11:21
Proqram təminatı ilə işləyən avtomobillərdə “tələ” - VİDEO
25 Mart 2026 10:34


Bakı -°C

