Bakının bu rayonlarında təbii qaz olmayacaq – XƏBƏRDARLIQ
Bakının Xətai və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə "Azəriqaz” İstehsalat Birliyindən (İB) Adalet.az-a bildirilib.
Qurumdan qeyd edilib ki, fasilə abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi məqsədilə yeni çəkilmiş diametri 57 millimetrlik qaz xəttinin dairəvi qoşulması, diametri 159 və 76 millimetrlik qaz xəttinin yerinin dəyişdirilməsi və yeri dəyişdirilmiş xətlərin qaz təchizatı mənbəyinə birləşdirilməsi, eləcə də qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədardır.
Qeyd olunub ki, bununla bağlı olaraq aprelin 18-də saat 10:00-dan işlər yekunlaşdırılanadək Bakının Xətai rayonunun Gəncə və Babək prospektlərinin, Kombinat, Əhmədli kəndi, Şirvani, X.Məmmədov, İnqilab İsmayılov və Mehmandarov küçələrinin, həmçinin Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Biləcəri və Xutor qəsəbələrinin, Motodrom adlanan ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.
Birlik yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Digər Xəbərlər
02 May 2024 10:13
İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq
02 May 2024 09:03Şimal-qərb küləyi sabah axşamadək fasilələrlə davam edəcək - FAKTİKİ HAVA
01 May 2024 09:46Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44