Bakının 8-ci km bazarı özəlləşdirildi
Əmlak Komitəsi "Vosmoy" bazarı ilə bağlı məlumat yaydı
Bakının məşhur bazarlarından biri özəlləşdirilib. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib. Belə ki Nizami rayonu, 8-ci kilometr qəsəbəsində yerləşən və sakinlərin "Vosmoy bazarı” kimi tanıdığı iri ticarət mərkəzi özəlləşdirilib.
Dövlət Komitəsi "8-ci km Ticarət Mərkəzi" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu ay isə investisiya müsabiqəsinin qalibi elan olunub.
Müsabiqə qalibi dövlət büdcəsinə 312 iki min manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən, 6 ay ərzində müəssisəyə 1 180 760 manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürüb.
Digər Xəbərlər
01 May 2024 09:46
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48