adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Dekabr 2019 12:05
8877
GÜNDƏM

Bakıdan Sumqayıt və Pirşağıya yeni qatarlar işləyəcək (FOTO)

"Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərin istəklərini nəzərə alaraq İsveçrənin "Stadler Real Group" şirkətindən daha iki ədəd ikimərtəbəli elektrik qatar alıb.

Adalet.az-ın məlumatına görə, bunu qatarların təqdimetmə mərasimində QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova deyib.

Qatarın biri Bakı-Sumqayıt istiqamətində, digəri isə Bakı-Pirşağı istiqamətində hərəkət edəcək.

Yeni qatarlar 371 oturacaqla təmin olunub. Onlardan 9-u birinci sinif, 62-si biznes, 300-ü isə standart yerlərdir.

Qeyd edilir ki, alınan qatarlar sayəsində İsveçrənin "Stadler Real Group" şirkətindən alınan bu tipli qatarların sayı 9-a çatıb.