adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Sentyabr 2018 16:07
5418
MƏMLƏKƏT

Bakıdan Çinə uçuşların sayı artırıldı

"Silk Vey Eyrleynz" ("Silk Way Airlines") Çinin Çjençjou şəhərinə reyslərin sayını artırır.

Şirkətdən Adalet.az-a verilən məlumata görə, Bakı-Çjençjou reyslərinin sayı həftədə dörd dəfədən altı dəfəyə kimi artırılacaq.

Müvafiq razılıq sentyabrın əvvəlində Çjençjouda keçirilən "ICAO Cargo Conference” konfransında əldə edilib. Keçirilən tədbirdə aviaşirkət Çin bazarında öz strateji inkişaf planını elan edib.