Bakıda yaşayış binasında yanğın: 3 uşaq xilas edilib
Bakının Yasamal rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a bildiriblər ki, hadisə Yasamal rayonunda ümumi sahəsi 60 kvadratmetr olan üçotaqlı mənzildə qeydə alınıb. Nəticədə mənzilin 1 otağı yararsız vəziyyətə düşüb. Yanğınsöndürənlər 3 azyaşlını mənzildən xilas edilərək aidiyyəti üzrə təhvil veriblər.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Digər Xəbərlər
02 May 2024 17:40