Bakıda xüsusi minmə-enmə zonası və parklanma sahəsi təşkil olunur
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) zamanı tədbir məkanında bir neçə əsas zonada nəqliyyat qovşaqları təşkil ediləcək.
Adalet.az xəbər verir ki, bu barədə WUF13 dövründə nəqliyyatın idarə olunması planının təqdimatına həsr olunmuş brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov məlumat verib.
Onun sözlərinə görə, yaradılacaq qovşaqlar müxtəlif funksional zonaları əhatə edəcək. Bunlara avtobus dayanacaqları, parklanma sahələri, taksi minmə-enmə zonaları, icazəli parklanma sahələri və xidməti avtobuslar üçün ayrılmış ərazilər daxildir.
“Avtobus dayanacaqlarından bütün nəqliyyat mübadilə mərkəzlərinə birbaşa hərəkət edən avtobusların minmə və enmə əməliyyatları həyata keçiriləcək. Parklanma əraziləri isə avtobusların marşrutlara yönləndirilməzdən əvvəl saxlanılması və hazırlıq vəziyyətinə gətirilməsi üçün nəzərdə tutulub. Taksi minmə-enmə zonası (sarı sahə) qonaqların taksi və şəxsi avtomobillərlə gətirilməsi, düşürülməsi üçün təşkil olunub. İcazəli parklanma sahəsi (mavi zona) yalnız xüsusi buraxılış sənədi olan işçi heyətin istifadəsinə verilib. Xidməti avtobus zonası isə dövlət qurumlarının və podratçı şirkətlərin əməkdaşlarının daşınması üçün ayrılıb. Nəqliyyat qovşağı ümumilikdə dörd giriş nöqtəsi ilə fəaliyyət göstərəcək. Bunlara avtobuslar üçün xüsusi giriş, VİP icazəli nəqliyyat vasitələri üçün giriş, taksi və icazəsiz nəqliyyat vasitələrinin sərnişin düşürmə zonası, eləcə də ümumi nəqliyyat axınının tənzimlənməsi üçün nəzərdə tutulan giriş daxildir”, - deyə Vüqar Aslanov vurğulayıb.
Qeyd olunub ki, ərazidə ümumilikdə 271 dayanma nöqtəsi yaradılıb və qonaqlar üçün 3–5 dəqiqəlik gözləmə imkanı təmin ediləcək: “Həm fərdi taksilər, həm də “Baku Taxi” xidmətinə aid nəqliyyat vasitələri bu zonalarda sərnişinlərin minmə-enmə əməliyyatlarını həyata keçirə biləcək”.
Digər Xəbərlər
15 May 2026 11:48
“Bu ərazilərdə metro tiksək, vətəndaşlar mərkəzə gəlməyə çalışacaq” - VİDEO
15 May 2026 11:19
Səhiyyə Nazirliyi WUF13 ilə əlaqədar həyata keçirilən işləri açıqladı
15 May 2026 11:16
WUF13-la bağlı 75 briqada və 35 təcili tibbi yardım avtomobili ayrılıb
15 May 2026 10:59
İctimai nəqliyyatda ilk: ADY üztanıma ilə ödəniş sistemini tətbiq etdi - VİDEO
15 May 2026 10:30
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib - YENİLƏNİB
15 May 2026 10:28
Bakı Metropoliteni WUF13 günlərində gücləndirilmiş rejimdə işləyəcək
15 May 2026 09:20
Növbəti köç: 479 nəfər doğma yurduna döndü
14 May 2026 18:06


Bakı -°C

