Bakıda ümumxalq şənliyi keçiriləcək
Martın 19-da Bakıda Novruz bayramı münasibətilə ümümxalq şənliyi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən Adalet.az-a verilən məlumata görə, İçərişəhər və Bulvar ərazisində keçiriləcək şənlikdə pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehirbazlar öz məharətlərini göstərəcəklər.
Həmçinin uşaq teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhvali-ruhiyyəsi yaşadacaq.
Bayram şənliyi Qız qalasından başlayacaq Bulvar ərazisindən keçməklə Muzey Mərkəzinə qədər davam edəcək. Konsert proqramı günün sonuna qədər davam edəcək. Həmçinin ölkəmizdə keçirilən "Formula 1” üçün ayrıca stend quraşdırılacaq.
Ümümxalq şənliyində Prezident İlham Əliyev, I vite-prezident Mehriban Əliyeva və ailə üzvlərinin də iştirakı gözlənilir.
Digər Xəbərlər
01 May 2024 22:55
K A N
01 May 2024 18:37Türk Dövlətləri Autizm Federasiyasının Bakı konfransı keçirildi - FOTOLAR
01 May 2024 18:17Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 16:25İyunda ardıcıl 5 gün iş olmayacaq
01 May 2024 13:59