adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Dekabr 2019 10:59
19072
SAĞLAMLIQ

Bakıda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinintəşkilatçılığı ilə 14 dekabr 2019-cu il tarixində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş"Anadangəlmə ürək-damar xəstəliklərinin müalicəsində müasir yanaşmalar”mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Azərbaycan səhiyyəsinin inkişafında misilsiz xidmətlərgöstərmiş və əhalimizin sağlamlığını daim diqqət mərkəzində saxlamış Ümummillilider Heydər Əliyev hesab edirdi ki, insanların sağlamlığı dövlətin və cəmiyyətinsağlamlığı deməkdir. Bu gün Ulu öndərin siyasi kursunun ölkə Prezidenti cənabİlham Əliyev tərəfindən sədaqətlə davam etdirilməsi digər sahələrdə olduğukimi, səhiyyə sistemində də uğurlara daim vüsət verir. Həyata keçiriləngenişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsininyaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Sağlam əhali– ölkənin uğurlu inkişafının zəmini və gələcək nəsillər üçün möhkəm təməldir!

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasənürək-damar sisteminin xəstəlikləri, əvvəllər olduğu kimi, dünyanın bir çox ölkələrində ölümün başlıca səbəbidir, müalicəsi isə çətindir və böyükvəsait tələb edir. Sözügedən konfransda anadangəlmə ürək-damar xəstəliklərinin diaqnostikası, müasir müalicəüsulları və metodları, bu xəstəliklərin profilaktikasında müasir yanaşmalarmüzakirə olunacaq. Konfransda yerli mütəxəssisləryanaşı Türkiyə, Almaniya, İran və İtaliyanın nüfuzlu tibbi ekspertləti dəiştirak edəcəklər.

Dörd paneldən ibarət olan konfransda "Anadangəlməürək qüsurları, genetika, skrininq və ümumi baxış”, "Yenidoğulmuşlarda təcili vəziyyətlərdənə etməli?”, "Anadangəlmə ürək qüsurlarında xüsusi vəziyyətlər: vaksinasiya vəreabilitasiya” və "Mitral və aortal qapaqların müalicəsində innovativ yeniliklər”mövzularında çıxışlar olacaq, maraqlı mühazirələr və interaktiv diskussiyalaraparılacaq.

Konfrans iclaslarının dörd panelinin gedişindəAzərbaycandan ürək cərrahı RəşadMahmudov "Minimal invaziv cərrahiyyə”;Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupundan professor Yalım Yalçın "Anadangəlmə ürək qüsurlarının müalicəsində invaziv kardiolojimetodların rolu” mövzusunda, uşaq kardiocərrahı professor Bülent Polat "Fallo tetradasinın ümumi korreksiyasında 20 illik təcrübə”və pediatr-neonatoloq Ozan Uzunhan"Yenidoğulmuşlarda kritik anadangəlməürək xəstəliklərinin erkən diaqnozundapulsoksimetriyanın rolu”, İtaliyanınBoloniya Universitetinin kardiologiya kafedrasının dosenti, kardioloq Franko Nakarella "Müasir uşaqkardiologiyasında klinik və genetik konsultasiyalar”, Almaniyanın Yunq Ştillinq Klinikasının kardioloqu YohannesRiks "Mitral və triksupidal qapaq çatışmazlıqlarında intervensiyon yenilikləri”və professoru Gündüz Dursun "Aorta qapağı dəyişimindəvə koronar revaskulyarizasiyada olan yeniliklər”, İranın Genetik Mühəndislikvə Biotexnologiya üzrə Milli İnstitutun həkim genetiki Saber Siamak "Ürək qüsurları və genetik xəstəliklər arasında əlaqə”və digər yüksək ixtisaslı mütəxəssislər müxtəlif mövzularda məruzələrləçıxış edəcəklər.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin TibbiXidmət İdarəsi tərəfindən mütəmadi olaraq təşkil olunan elmi-praktikkonfransların keçirməsinin əsas məqsədi yerli və beynəlxalq tibb ictimaiyyətininmütəxəssislərini bir araya gətirməklə, ölkə səhiyyəsində yüksək texnologiyalarvə innovasiyaların tətbiqi ilə bağlı nailiyyətlərin diqqətə çatdırılması və təcrübəmübadiləsinin aparılmasıdır.

Konfranshaqqında ətraflı məlumat almaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://customshospital.az/anadangelme-urek-damar-xesteliklerinin-malicesinde-masir-yanashmalar/.