Bakıda turistin pulunu oğurlayan şəxs saxlanıldı
Bakıda turistə məxsus pul vəsaitinin oğurlanması ilə bağlı şübhəli şəxs müəyyən olunub.
Adalet.az-ın məlumatına görə, noyabrın 25-də 1991-ci il təvəllüdlü xarici vətəndaşın 1600 manat, 60 ABŞ dolları və 80 funt sterlinq məbləğində pulunun oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Səbuhi Salmanzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla məlum olub ki, şübhəli şəxs dostunun sosial şəbəkələr vasitəsilə tanış olduğu turistin kirayə yaşadığı mənzilə gələrək pul vəsaitini oğurlayıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində oğurluq maddəsi üzrə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər
26 Noyabr 2025 12:48
Binəqədidə marketdə bıçaqla quldurluq edən şəxslər saxlanıldı - VİDEO
26 Noyabr 2025 11:23
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı
26 Noyabr 2025 11:11
Bakıda arvadını bıçaqlayan şəxs Çində saxlanıldı
26 Noyabr 2025 10:29


Bakı -°C

