Bakıda temperatur iqlim normasından 9 dərəcə yüksək olub
Bir neçə gündür, ölkə ərazisində küləkli hava şəraitinin müşahidə edilməsinə baxmayaraq yüksək temperatur rejimi qeydə alınıb.
Adalet.az-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, dünən Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasından 9 dərəcə yüksək olub. Bakıda və Abşeron yarımadasında, eləcə də, bəzi bölgələrdə havanın temperaturu 23-28 dərəcəyədək yüksəlib.
Onun sözlərinə görə, keçən il Yel çərşənbəsində havanın temperaturu ilqim normasından 4 dərəcə yüksək olub. Çoxillik müşahidə məlumatlarına əsasən, son 10 ilin Yel çərşənbəsində cənub-qərb küləyinin maksimal sürəti 2020-ci ildə 22 m/san-yə çatıb. Bu gün isə Abşeronda şimal küləyinin sürəti saniyədə 25 metrə çatıb. Axşam külək mülayimləşəcək.
Digər Xəbərlər
05 Aprel 2026 10:12
Çəpiş ətinə tələbat niyə artıb?
03 Aprel 2026 16:11
Sabahdan yağış başlayır - XƏBƏRDARLIQ
03 Aprel 2026 13:10
Şənbə günü intensiv yağış yağacaq, şimşək çaxacaq
03 Aprel 2026 12:23
Azərbaycana turist axını azalıb
03 Aprel 2026 11:23
Əhmədbəyli–Füzuli–Şuşa yolu ödənişli olacaq
02 Aprel 2026 23:03
Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VİDEO
02 Aprel 2026 16:43
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
02 Aprel 2026 16:35


Bakı -°C

