Bakıda tarixi binaya müdaxilə edildi
Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi 16 ünvanında yerləşən tarixi tikili (abidə) binaya müdaxilə faktı aşkarlanıb.
Bu barədə Adalet.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xidmətin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman tarixi tikilinin (abidənin) sütunlarının boya ilə rəngləndiyi müəyyən edilib.
Faktla bağlı qanuna müvafiq tədbirlər görülməkdədir.
"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar: "İstifadəsində və ya mülkiyyətində tarixi tikililər (abidələr) olan vətəndaşlarımızı tarixi tikililərimizin (abidələrimizin), eləcə də şəhərimizin bədii estetik görünüşünün qorunmasına həssas yanaşmağa çağırır, bərpa işləri aparmaq istəyən şəxslərdən qanunvericiliyin tələblərinə riayət olunmasını tələb edirik".
Digər Xəbərlər
26 Dekabr 2025 19:50
“Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib - FOTOLAR
26 Dekabr 2025 12:28
2-ci APFM AWARDS mükafatlandırma mərasimi keçirilib - FOTOLAR
23 Dekabr 2025 13:46
Şüvəlanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş konsert keçirilib
23 Dekabr 2025 13:36


Bakı -°C

