30 Avqust 2018 15:17
12732
KRİMİNAL

Bakıda orta məktəbdən kompüter oğurlayan şəxslər tutulub

Bakının Nərimanov rayonunda orta məktəbdən kompüter oğurlayan şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB və Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 29-na keçən gecə Nərimanov rayonu ərazisindəki orta məktəblərdən birinin zirzəmisindən 1650 manat dəyərində kompüter avadanlıqları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Emin Dadaşov və Aqil Mustafayev Pirallahı rayonunun ərazisində saxlanılıb.