Bakıda Novruz karnavalı planlaşdırılır
Bakı Turizm İnformasiya Mərkəzi paytaxtda Novruz bayramının daha fərqli şəkildə qeyd edilməsi üçün yeni layihə üzərində iş aparır.
Bunu Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov deyib.
Onun sözlərinə görə, hazırda yeni layihələr üzərində iş aparılır:
"Layihələrin çoxu hələ təsdiqlənməyib. Amma düşünürəm ki, 2020-ci ilin sonunadək hər kəs yeni layihələrin şahidi olacaq. Həmin layihələrdən biri Novruz karnavalının keçirilməsi ilə bağlıdır. Planlaşdırılır ki, karnavalda Bakının mərkəzi küçələrində milli personajlarımız iştirak etsinlər. Bizim düşündüyümüz layihə çox qeyri-adidir. Biz elə etmək istəyirik ki, həmin karnavalda iştirak edən turistlər yenidən Bakıya qayıtmaq barədə fikirləşsin”.
Digər Xəbərlər
02 May 2024 12:31
Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09Polislər deputatı doğulduğu kəndə buraxmadı: Video
02 May 2024 11:35Azərbaycanda yeddi saatlıq iş qrafikinə keçilə bilərmi? - AÇIQLAMA
02 May 2024 11:22Ərşad Hüseynov: “Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir”
02 May 2024 11:19