Bakıda NATO-nun təlim kursu keçirilib
Müdafiə Nazirliyinin NATO ilə 2021-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumda (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən "Hərbi ictimai əlaqələr" mövzusunda təlim kursu keçirilib.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, kursda dinləyicilərə NATO-nun media və ictimaiyyətlə birgə fəaliyyəti ilə bağlı müxtəlif sahələrdə brifinqlər təqdim olunub. Mövzuya dair fikir mübadiləsi aparılaraq praktiki qrup çalışmaları yerinə yetirilib.
Sonda dinləyicilərə sertifikatlar təqdim olunub.
Digər Xəbərlər
03 May 2024 23:14
Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57STM ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında memorandum imzalandı
03 May 2024 17:31İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52