Bakıda NATO kursları başlayıb
Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Almaniyada yerləşən Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən kurs başlayıb.
Adalet.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Hərbi Hava Qüvvələrinin mütəxəssisləri üçün şəxsi heyətin birgə axtarış və xilas edilməsində iştirakına, o cümlədən bu sahədə fəaliyyətlərin təkmilləşdirilərək NATO standartlarına uyğunlaşdırılmasına dair təqdimatların verilməsi nəzərdə tutulub.
Təlim martın 6-dək davam edəcək.
Digər Xəbərlər
02 May 2024 17:40