adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Mart 2015 21:18
29863
AVTOMABİL

Bakıda maşın hərracı keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (HTAM) martın 31-də və aprelin 7-də avtomobil hərracı keçiriləcək.


Komitənin saytında yer alan məlumata görə, hərraca istehsal ili 1992-cü ildən 2007-ci ilə qədər olan 17 maşın çıxarılacaq.

Avtomobillərin arasında "Chevrolet Epica", "Mercedes Benz 300", "Nissan Maxima", "Hyundai H-1", "BMW 760" və "BMW 740" var. Xarici markalı avtomobillərin start qiyməti istehsal ilindən və markasından asılı olaraq 3600 - 11 min manat arasında dəyişir. Hərraca çıxarılan UAZ markalı maşınların start qiyməti 1600 manatdan başlayır.

Hərracda iştirak etmək istəyənlər məbləğin 10 faizi həcmində behi əvvəldən Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına köçürməlidir.