Bakıda körpəsini taksidə qoyub qaçan qadın tapılıb - Açıqlama

Xəbər verdiyimiz kimi dekabrın 9-da Bakıda qadın körpəsini taksidə qoyaraq mağazadan su alıb qayıdacağını deyərək ərazidən uzaqlaşıb.
Adalet.az xəbər verir ki, hadisədən sonra uşaq sığınacağa yerləşdirilib. Əməkdaşımız bu gün “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə əlaqə saxlayıb.
M.Zeynalova əməkdaşımızla söhbəti zamanı hüquq-mühafizə orqanlarının qadını tapdığını, hazırda araşdırma getdiyini və nəticəsindən sonra geniş açıqlama verəcəyini bildirib. Sığınacaq rəhbəri hazırda körpənin onların himayəsində olduğunu deyib.
Vasif Əlihüseyn