Bakıda İndoneziya və Malayziyanın mədəniyyət günləri keçirilir
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Milli Turizm Təbliğat Bürosu Bakıda Sabir bağında oyunlarda iştirak edən bir sıra ölkələrin mədəniyyət günlərini keçirməyə start verib.
Bu qəbildən olan ikinci tədbir mayın 14-də İndoneziya və Malayziya ölkələrinə həsr edilib.
Belə ki, səhər saatlarından başlayaraq paytaxt sakinləri və şəhərimizin qonaqları hər iki ölkənin mədəniyyət günü çərçivəsində İndoneziya və Malayziyanın muzey eksponatları, sənətkarlarının əl işləri, milli mətbəxi ilə tanış olmaq imkanı əldə ediblər. Həmçinin tədbir çərçivəsində iki ölkənin sənətkarlarının iştirakı ilə konsert proqramının təşkili də nəzərdə tutulur.
Qeyd edək ki, İslamiada çərçivəsində Sabir bağında Misir, Türkiyə və digər İslam ölkələrinin də mədəniyyət günləri keçiriləcək. Hər gün tanınmış azərbaycanlı ifaçıların iştirakı ilə konsert proqramı təqdim olunacaq.
Digər Xəbərlər
29 Aprel 2024 14:57
İstanbul Su Yolu üzərində memarlıq möcüzələri: İkonik Boğaziçi malikanələrini kəşf edin!
29 Aprel 2024 12:31Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
29 Aprel 2024 11:52İranın mədəniyyət naziri Azərbaycana gələcək
27 Aprel 2024 16:23Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
26 Aprel 2024 17:33