Bakıda iki dost qətlə yetirilib
Qətlə yetirilmiş iki nəfərin iylənmiş meyiti tapılıb
Bakıda dəhşətli qətl törədilib.
Suraxanı rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, rayonun Əmircan qəsəbəsi Zahid Əliyev küçəsi, 53 saylı evdə qətlə yetirilmiş iki nəfərin iylənmiş meyitinin aşkar edilməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında hadisə yerinə baxış keçirilib və qətlə yetirilən şəxslərin ev sahibi 44 yaşlı Bəkir Musayev və onun dostu, 54 yaşlı Sabir Abbasov olmaları müəyyənləşib.
Araşdırmalar zamanı məlum olub ki, hər iki şəxs küt alətlə öldürülüb. Onların kimin tərəfindən və hansı məqsədlə qətlə yetirildiyi hələlik məlum deyil.
Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.
Hadisəni törədən şəxs və ya şəxslərin axtarışı davam etdirilir.
Digər Xəbərlər
29 Aprel 2024 11:17
Bakıda xadimə mənzildən 60 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb
29 Aprel 2024 10:46Bakıda evdən meyit tapılıb
29 Aprel 2024 10:06Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
29 Aprel 2024 09:50Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 120 nəfər tutulub
28 Aprel 2024 09:52