Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Adalet.az-a verdiyi məlumata görə, sabahBakıda və Abşeron yarımadasındabəzi yerlərdə arabir yağış yağacağı, gündüz yağışda qısamüddətli fasilə olacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyinin axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, gecəyə doğru arabir şiddətlənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarındabəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Tibbi-meteoroloji proqnoz -Yanvarın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyinin yanvarın 9-u axşamdan 10-u gündüzədək güclü xəzri küləyi ilə əvəz olunacağı gözlənilir. Meteoroloji amillərin qısa müddətə belə təzadlı dəyişkənliyi əksər əhali üçün əlverişsizdir.
Xəbərdarlıq -Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 9-daBakıda və Abşeron yarımadasındaarabir güclənən cənub-qərb küləyinin ayın 9-u axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, 10-da gecə və səhər arabir şiddətlənəcəyi, yanvarın 9-da bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Azərbaycanın rayonlarında -Yanvarın 9-10-da qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclü olacağı, yanvarın 9-da bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.