Bakıda dava - 17 yaşlı gənc iki nəfəri ölümcül bıçaqladı
Bakıda yeniyetmə oğlan iki nəfəri bıçaqlayıb.
Adalet.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.
Sabunçu rayonu, Sabunçu qəsəbə sakini, 2002-ci il təvəllüdlü Məmmədov Qulu Ramik oğlu qəsəbə ərazisində aralarında yaranmış mübahisə zamanı 1989-cu il təvəllüdlü Osmanov Pərvin Xanlar oğlunu ürəyindən bıçaqlayıb.
Q.Məmmədov, həmçinin qəsəbə sakini, 1995-ci il təvəllüdlü Abbaslı Nihat Ehtiram oğluna qarın boşluğundan bıçaqla xəsarət yetirib.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və daha artıq şəxsin qəsdən sağlamlığına ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.
Digər Xəbərlər
02 May 2024 12:31
Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09Polislər deputatı doğulduğu kəndə buraxmadı: Video
02 May 2024 11:35Azərbaycanda yeddi saatlıq iş qrafikinə keçilə bilərmi? - AÇIQLAMA
02 May 2024 11:22Ərşad Hüseynov: “Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir”
02 May 2024 11:19