adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 May 2016 18:46
5650
MƏMLƏKƏT

Bakıda daha bir yolda hərəkət qismən məhdudlaşdırılacaq

Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi, yol göstərici xətlərin və piyada keçidlərinin yenidən rənglənməsi işləri davam etdirilir.

 

"Azəravtoyol” ASC-dən verilən məlumata görə, bu gün axşam saat 22:00-da etibarən səhər saatlarınadək Ziya Bünyadov prospektinin "Böyük Şor” yol qovşağından İslam Abışov küçəsi ilə kəsişməyədək olan hissəsində (Çermet körpüsünədək ) hər iki istiqamət üzrə yol tam bağlanmadan hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.