09 Aprel 2020 15:00
10515
HADİSƏ

Bakıda bir evdən 4500 manat oğurlanıb

Evlərin birindən 4500 manat oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Ş.Abbasova saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 4500 manat oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Ş.Abbasova saxlanılıb.