Bakı Xoreoqrafiya Akademiyasında Novruz bayramına həsr olunmuş silsilə konsert proqramları davam edir
Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil və orta ixtisas təhsili pillələrinin təşkilatçılığı ilə baharın gəlişini xəbər verən sonuncu ilaxır—Torpaq çərşənbəsinə həsr olunmuş konsert proqramı təşkil olunub.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllimləri, tələbə-şagird heyəti, incəsənət və media nümayəndələri ilə yanaşı qonaqlar da iştirak edib.
Bayram konsertində orta ixtisas təhsili pilləsinin tələbələrinin ifasında “Şuşanın dağları”, “Qaval rəqsi”, “Məhsul rəqsi”, “Yallı”, “Tarla qızları” və BXA-nın müəllimi Yelena Çernousovanın təqdimatında “İlk bahar” rəqs kompozisiyaları nümayiş olunub.
Konsert proqramı çərçivəsində Novruz bayramının əsas personajları olan Kosa və Keçəlin məzhəkəsi şənliyə xüsusi rəng qatıb.
Konsertdən sonra BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin və orta ixtisas təhsili pilləsinin tələbələrinin təqdimatında müxtəlif növ bayram şirniyyatlarından ibarət xeyriyyə yarmarkası təşkil olunub.
Digər Xəbərlər
23 Sentyabr 2026 23:37
Leyla Əliyeva milli geyimdə - FOTOLAR
23 Sentyabr 2026 09:47
“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib
20 Sentyabr 2026 11:15
Venesuela səfiri Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub
18 Sentyabr 2026 09:14


Bakı -°C

