Bakı və Abşeronda toz dumanı müşahidə olunur
Hazırda Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur.
Adalet.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər NazirliyinƏtraf Mühit üzrə Milli Monotorinq Departamentinin direktoru Ramal Bağırov bildirib.
O deyib ki, hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı lokal xarakter daşıyır. Buna səbəb dünənki külək nəticəsində atmosferin yuxarı qatına qalxmış tozun səhər saatlarında müşahidə olunan duman və nisbi rütubətin yüksək olması ilə əlaqədar atmosferin aşağı qatına enməsidir.
R.Bağırov qeyd edib ki, hazırda tozun miqdarı sanitar normadan 2.6 dəfə çoxdur. Tozlu hava şəraitinin günün sonunadək müşahidə olunacağı ehtimal olunur.
Digər Xəbərlər
02 May 2024 09:03
Şimal-qərb küləyi sabah axşamadək fasilələrlə davam edəcək - FAKTİKİ HAVA
01 May 2024 09:46Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15