Bakı və Abşeronda müşahidə olunan hava anomal sayılmır - RƏSMİ
"Bakı və Abşeronda müşahidə olunan hava anomal sayılmır”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib.
O bildirib ki, iyun ayında ən yüksək temperatur 1996-cı ildə qeydə alınıb: "Həmin vaxt 40 dərəcə isti müşahidə olunub. Son günlərdə havanın hərarəti isə 40 dərəcədən yuxarı qalxmayıb. Müşahidə olunan temperatur anomal sayılmır”.
A. Verdiyevin sözlərinə görə, iyun ayının ilk 10 günlüyündə havanın temperaturu gün keçdikcə yüksələcək və iqlim normasından yüksək olacaq: "Yaxın 2-3 gün ərzində də bu cür isti hava şəraiti davam edəcək. Hazırkı temperatur iqlim normasından 4-6 dərəcə yüksəkdir”.
Baş hidroloq qeyd edib ki, hazırda ölkə çaylarında gursululuq davam etməkdədir: "Havaların nisbətən isti və yağmursuz keçməsi nəticəsində çaylarda azalma müşahidə oluna bilər, ancaq quraqlıqdan söhbət gedə bilməz”.(ona)
Digər Xəbərlər
01 May 2024 09:46
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48