adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Iyun 2016 16:26
6972
MƏMLƏKƏT

Bakı sakinləri səfirliyin ətrafına gül dəstələri qoydular - VİDEO

Azərbaycanlılar Türkiyənin Bakıdakı səfirliyinin qarşısında toplaşıblar.

Adalet.az AZƏRTAC-a istinadən xəbər verir ki, dünən İstanbulda baş verən terroru lənətləyən vətəndaşlarımız hadisənin qurbanı olan şəxslərin xatirəsinə ehtiramla yad edib, səfirliyin ətrafına gül dəstələri qoyublar.

Vətəndaşlar "Var olsun Türkiyə”, "Terrora yox” kimi şüarlar səsləndirərəkhər zaman qardaş ölkənin yanında olduqlarını deyiblər.Bildiriblər ki, Azərbaycan xalqı hər zaman terrorla mübarizədə Türkiyənin yanındadır.