Bakı Dairəvi-1 avtomobil yolunda problem aradan qaldırıldı – FOTO
Ötən həftə intensiv yağışlardan sonra Beynəlxalq Avtovağzal kompleksinin qarşısından Bakı Dairəvi-1 avtomobil yoluna birbaşa çıxışı təmin edən yolun çiyin hissəsində yaranmış çatlar artıq bərpa olunub.
Azəravtoyol” ASC-dən Adalet.az-a daxil olan məlumata görə, çatlar yolun Bakı Dairəvi-1 avtomobil yoluna birləşən hissəsində yaranmışdı.
Bu barədə məlumat daxil olan kimi "Azəravtoyol” ASC-nin mütəxəsisləri əraziyə baxış keçiriblər. Məlum olub ki, yolun çiyin hissəsində səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş küvetlərin bəzi hissələrindən su torpağa sızır.
Bu sızma nəticəsində həmin hissədə çiyinlərin tökmə torpaq layında yumuşalma gedib və asfalt-beton örtükdə çatlar əmələ gəlib. Dərhal bu barədə yolun inşasını həyata keçirən podratçı şirkətə məlumat verilib və sözügedən hissə qısa müddət ərzində bərpa olunub, torpağa su sızmasının qarşısı alınıb.
Digər Xəbərlər
01 May 2024 09:46
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48