Bakı Ali Neft Məktəbi keçid balı üzrə rekordunu təzələdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəşr etdiyi "Abituriyent” jurnalının 7-ci sayında 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə həm ödənişli əsaslarla, həm də dövlət sifarişi əsasında aparılan plan yerləri üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları haqqında məlumat təqdim olunub.
Adalet.az-ın məlumatına görə, ali məktəblərə I ixtisas qrupu qəbul üzrə ən yüksək minimal keçid balları Bakı Ali Neft Məktəbində (BANM) qeyd olunub. Belə ki, BANM-in "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə minimalkeçid balı 673 baldan 679 bala, "Neft-qaz mühəndisliyi "ixtisası üzrə – 660 baldan 667 bala, "Kimya mühəndisliyi” ixtisası üzrə - 648 baldan 659 bala yüksəlib.
Bu nəticələrə görə, BANM minimal keçid balı üzrə rekordunu təzələyib. Azərbaycanın ali təhsil tarixində I ixtisas qrupu üzrə ən yüksək keçid balı bu dəfə də BANM-in"Proseslərinavtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul zamanı 679 bal göstəricisi iləqeydə alınıb.
Digər Xəbərlər

Abşeron çimərliklərində gözlənilən hava şəraiti AÇIQLANDI

Temperatur aşağı düşəcək, leysan yağacaq, dolu düşəcək - PROQNOZ

Bakıda külək güclənib, bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə - VİDEO

Qarabağ - Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi - VİDEO

Bazar gününə olan hava proqnozu

FHN Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib - VİDEO
