adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 May 2018 14:30
27408
TEXNOLOGİYA

“Bakcell” eşitmə qüsurlu əlillər arasında futzal turnirinə dəstək verib

Azərbaycanın İlk Mobil Operatoru və AparıcıMobil İnternet Provayderi Bakcell şirkəti AFFA-nın və Sahə FutbolFederasiyaları İctimai Birliyinin dəstəyi, Əlillər Futbolu Federasiyasınıntəşkilatçılığı ilə eşitməqüsurlu əlillər arasında futzal üzrə "Yaz turniri”nədəstək göstərib.

18 - 22 may 2018-ci il tarixlərində Bakışəhərində keçirilən "Yaz turniri”də eşitməqüsurlu əlillərdən ibarət "Bakı”,"Azəri”, "Zirvə”, "Şimşək” və "Ümid” komandaları iştirak edib.

Turnirin nəticəsində birinci yeri "Azəri”komandası, sonrakı yerləri müvafiq olaraq "Şimşək” və "Zirvə” kollektivləritutub. "Azəri”nin üzvü Tural Muxtarov ən yaxşı oyunçu, "Zirvə”dən ŞövkətƏskərov ən yaxşı qapıçı adına layiq görülüb. Rəqib komandalara 22 qol vuran ÜlviFərəcli ("Şimşək” komandasının üzvü) turnirin ən məhsuldar oyunçusu olub.

"Bakcell” şirkəti 2007-ci ildən başlayaraqƏlillər Futbolu Federasiyasının futzal üzrə müxtəlif turnirlərinə dəstəkgöstərir.

Özünün genişmiqyaslı "Bakcell Stars” KorporativSosial Məsuliyyət proqramı vasitəsilə "Bakcell” Azərbaycanda gənclər və idmanıninkişafına dəstək göstərir və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərəyönəlmiş mühüm layihələri həyata keçirir.