adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Yanvar 2018 18:03
20260
MƏMLƏKƏT

Bağa baxarsan bağ olar...

"Buyaşıl ağacın üstü Allahın, bu yaşıl ağacın altı bizimdir". Bəlkə də... İndigörək "Nəbatat bağı"nın harası bizimdir? Girişdə bizi qara geyimli birkişi qarşılayır.

-Xoş gəlmisiz. Nə kömək edə bilərəm?

Günəşli,amma soyuq külək əsən şəhərdə isti münasibətə kimin ehtiyacı yoxdur ki?

-Bağı gəzməyə gəlmişik. Eşitdiyimizə görə giriş pulludur.

-Bəli, yaxınlaşın sağdakı pəncərəyə.

Pəncərəyəyaxınlaşanda bizə dedilər ki, adamın biri bir manatdır. İki manatı uzatdıq pəncərəyə,əvəzində talonu götürüb girdik bağa.


Girişdənsağa tərəfə irəliləyirik. Kiçik evciklər var. Hansına yaxınlaşırıq qapısı qıfıllıdır.Vaxtilə restoran kimi fəaliyyət göstərən bu evciklər o qədət tənhadır ki, adam toxunubnarahat etmək istəmir. İrəliləyirik. Yerin saçlarına oxşayır ağaclar, otlar. Küləkdarayır bağın saçlarını. Qəribə bir sakitlik var. Arabir quşlar ötür. Dizini yerəatıb bardaş qurub otur, nirvanaya çatmaq üçün əlləş, vuruş.

Gəzərkənönümüzə Sidr ağacı çıxır.

Hardasaeşitmişdim ki, bu ağacın vətəni Himalaydır. Sidr ağacının özəlliyi digər iynəyarpaqlıağaclar arasında ən gözəl görünüşə malik olmasıdır. Buna el arasında "Qədr"ağacı da deyilir. Bəzən insanların "başında qədr ağacı əkəcəm" deməyiməhz bu ağac nəzərdə tutulur. Bəs niyə bu ağaca Qədr ağacı deyilir?


ƏvvəllərHimalay dağlarında insanlar tayfa şəklində yaşamışlar. O tayfalardan birinin başçısıöləndə qəbrinin üstündə bu ağac bitirmiş və onlar özlərini beləcə müqəddəsləşdirmişlər.Elə həmin vaxtdan bu ağac "müqəddəs qədr" ağacı kimi tanınır.

Gəzirik.Gəzinti boyu önümüzə hovuz çıxır. Hovuzun iç divarlarında iki yazı yapışdırılıb."Ehtiyatlı olun, hovuz dərindir". "Balıqlara yem atmayın". Ammabu hovuzlar o qədər çirklidir ki, nə dərinliyi bilinir, nə də içində bir balıq işartısıvar. Ya da bəlkə də var, onlar da bu bağın sükutundan yuxulayıblar hovuzun dərinliklərində.

Aha.Bambuk ağacına rast gəldik. Bu bitki bir gündə yarım metr böyüyə bilir. Amma bambuklartopa halında daha gözəl olur. Burada isə o tünlük yoxdur.


Əvvəllərbu ağacdan cəzavermə üsulu kimi istifadə ediblər. Onların ucunu kəsib cəza veriləninsanı onun üstünə uzadıb gedərlərmiş.

İki-üçgünə ağac uzanıb həmin adamın bədənini dəlik-deşik edərmiş. Bu şəkildə insanlarıcəzalandırıb öldürərmişlər. İnsan oğluna nə var ki. İstəsə qızılgülü də cəzaverməalətinə çevirər.

Rastımızatək-tük adam çıxar, ya yox. Çox tənhadır bu bağ. İlk gördüyümüz qadına yaxınlaşırıq.

-Xanım, bayaqdan gəzirsiniz. Bu bağ sizi qane edirmi?

Xanımıncavabındakı təəssüf bizim də canımıza hopur. "Xeyr, amma Bakıda belə bir ikinciyer yoxdur axı". Elə bu mənfi enerji ilə də qarşımıza çıxan məntəqədə dayanırıq.Qapısı aralıdır. Deyəsən, kimsə var. Qapını açıb içəri giririk. İstiliyi üzümüzdəfen kimi hiss edirik. Sol tərəfdən ağsaqqal çıxır və salamlaşırıq.


-Salam, məllim. Qəşəng isti yeriniz var. Necəsiz?

-Salam. Hə, istidən razıyıq.

-Siz nə işə baxırsız burada?

-Mən buranın aqronomuyam.

-Aha... Maaşınız nə qədərdir? Qane edirmi?

-184 manat. Dolanmaq olmasa da başqa əlac yoxdur.

-Tabeliyinizdə fəhlələr varmı?

-Bəli, var.

-Onlar da yəqin 140 manatdan yuxarı maaş almazlar. Hə?

-Yox, onların maaşı elə olur ki, 230 manata qədər qalxır.

-Bəs niyə sizin maaşınız fəhlələrdən azdır?

-Nə bilim...

-Buranın rəhbəri kimdir?

-Baş aqronomumuz Vahid müəllimdir. Buradan çıxın, üçüncüdən sağa dönün, düz gedin,dairəvi bina var, orada oturur.


Ağsaqqallasağollaşıb yol alırıq Vahid müəllimin yanına. Qarşımıza çıxan ilk qadından otağınısoruşuruq, bizi Vahid məllimin otağına aparır. Müəllim bizi qarşılayıb əyləşməyimizixahiş edir.

-"Ədalət” qəzetindən gəlmişik. Dedik ki, gələk, bağı gəzək, təəssüratlarımızı qəzetdəyazaq, problemlərinizi işıqlandıraq.

Vahidbəy bizə xoş gəlmisiniz desə də, 10 dəqiqəlik söhbət zamanından belə bir nəticəyəgəldik ki, rəhbərin başı hesabata qarışıbdır. O bizimlə ətraflışəkildə ancaq aprel-may aylarında danışabilər.

Sağollaşıbçıxdığımız yerdən bir az da irəli gedirik. Parniklərdən biri işləyir, istilik sistemininsəsini eşidirik. Amma bundan böyük, bitkilərlə zəngin məkanla rastlaşırıq. Təəssüfki, nə qədər çalışsaq da qapısı bağlı olduğundan elə pəncərədən baxmaqla kifayətlənirik.


Beləcə,gəzə-gəzə bağın girişinə çatırıq. Bayaq bizi qarşılayan qara geyimli adam uzaqdanbizi görüb gülür. Deyəsən, bizim ürəyimizdəki sözü oxuyub.

-Ay müəllim, bayaq girişdə adama bir manat verib girdik içəri. Maraqlıdır, o birmanatı nə üçün verdik? Hara əl atdıq, qapısı qıfıllı. Bağa yüz ilin tənhalığı çöküb.

-Pəəh. Bəs, bu cür gözəl hava udmusuz, bəs deyil? Bilmirsən ki, burada hava da pulladır?


Nicat Novruzoğlu,

Emin Akif